Müdafiə Nazirliyi: Şəhid hərbçimizin meyitinin qaytarılması bütün işlər görülür
Nazirlik meyitin qaytarılması üçün Ermənistana rəsmi müraciət edilmədiyi barədə erməni KİV-də yayılan məlumatlara münasibətini açıqlayıb
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş verən silahlı insident zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Mübariz İbrahimovun meyitinin geri qaytarılması üçün Ermənistan tərəfinə müraciət edilməməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata münasibətini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin baş zabiti, mayor Abbas Şirinov Ermənistan tərəfinin yaymış olduğu bu informasiyaları təxribat adlandırıb: “Onlar belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Azərbaycan Müdafiə Nazirliyi öz əsgəri barədə fikirləşmir. Bunlar erməni hiyləgərliyidir. Müdafiə Nazirliyi və digər təşkilatlar meyitin qaytarılması üçün nə lazımdırsa edir və bu barədə beynəlxalq təşkilatlara müraciət edib. Lakin ermənilər bu günədək meyiti qaytarmaq istəmir. Onlar ölüdən qisas alırlar”.
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələri bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Azərbaycan Ordusunun həlak olmuş əsgərinin meyitinin geri qaytarılması üçün onlara rəsmi müraciətin daxil olmaması barədə məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Mübariz İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində dünyasını dəyişib.

Oxşar yazılar

Ağdərədə çoban minaya düşdü - YENİLƏNİB
10 iyul 2025 , 09:39
Qəbələdə FACİƏ: 4 yaşlı qız hovuzda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33