Ombudsman əsgər Röyal Musayevin döyülməsi halını araşdırıb
02 iyul 2010 16:18 (UTC +04:00)

Ombudsman əsgər Röyal Musayevin döyülməsi halını araşdırıb

İnsan Hüquqları üzrə Müvəkkilin tapşırığına əsasən, Aparatın əməkdaşları iyulun 2-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan əsgər Musayev Röyal Etibar oğlu ilə görüşüb.


Ombudsmanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı R. Musayev 12 iyun 2010-cu il tarixdə növbədə olarkən Ali Hərbi Dənizçilik Məktəbinin 3 əsgəri tərəfindən döyüldüyünü söyləyib.


R. Musayev 18 iyul 2010-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına qəbul edilərkən yıxıldığını və bir neçə gündən sonra həkimlərə həqiqəti etiraf edərək döyüldüyünü bildirib. Hərbi prokurorluğun müstəntiqi ondan izahat alarkən R. Musayev izahatında döyüldüyünü qeyd edib.


R. Musayevin müalicə aldığı hospitalın müştərək zədələnmələr bölməsinin rəisi Zirəddin Abbasovla söhbət zamanı o, əsgərin hospitala qəbul edildikdən sonra dalağının partlaması ilə əlaqədar bu orqanın çıxarıldığını və hazırda vəziyyətinin normal olduğunu deyib.


Ombudsman E. Süleymanova baş prokurorun müavini, hərbi prokurora müraciət edərək qeyd olunan halların araşdırılmasını, aparılan istintaqı şəxsi nəzarətə götürməyi, nizamnamədənkənar münasibətlərə yol vermiş hərbçilərin qanunvericiliyə uyğun olaraq, törətdiyi əmələ görə məsuliyyətə cəlb edilmələrini xahiş edib.


Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373

Oxşar yazılar