Bakıda qapısı bağlı qalmış mənzillərdən 2 cəsəd tapıldı
07 iyul 2010 10:00 (UTC +04:00)

Bakıda qapısı bağlı qalmış mənzillərdən 2 cəsəd tapıldı

Maya İdrisovanın və Sergey Borisoviçin meyitləri aidiyyəti üzrə təhvil verilib


Bakıda qapısı bağlı qalmış mənzillərdən 2 cəsəd tapılıb.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən 1947-ci il təvəllüdlü İdrisova Maya İdris qızı döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə zamanı Maya İdrisovanın vəfat etdiyi müəyyənləşib. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Bu gecə Nəsimi rayonunda da mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1925-ci il təvəllüdlü Aqapov Sergey Borisoviç döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə zamanı Sergey Aqapovun vəfat etdiyi müəyyən olunub. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar