Məcburi köçkünlərlə vəhhabilər arasında qarşıdurma
Tərtərdə baş verən hadisə nəticəsində bir neçə nəfər yaralanıb
Tərtərdə bir qrup ağdamlı məcburi köçkünlərlə yerli sakinlər arasında qarşıdurma baş verib.
Bu barədə APA-nın Qarabağ bürosuna məlumat verən sakinlər bel, yaba, balta və başqa alətlərlə silahlanan tərəflər arasında ilk toqquşmanın şəhərin mərkəzi küçələrindən birində baş verdiyini deyiblər. Şəhərdə güllə səsləri də eşidilib. Baş verən toqquşmada 6 nəfər yaralanıb. Bundan başqa bəzi adamlar şəhərdə bir neçə ticarət obyektini yandırmağa cəhd ediblər. Lakin alovun qarşısı yanğınsöndürən briqadalar tərəfindən alınıb.
İki qrup arasında qarşıdurmanın baş verməsi haqda məlumat Tərtər rayon İcra Hakimiyyəti və Tərtər rayon Polis Şöbəsindən təsdiqlənsə də, hadisə şərh edilməyib. Hazırda hadisə yerinə DİN daxili qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinin əsgər və zabitləri gətirilib. Yerli sakinlər insidentin tərəflərindən birinin vəhhabilər olduğunu iddia edir.

473