27 yaşlı gəncin meyiti kanaldan tapıldı
05 iyul 2010 19:00 (UTC +04:00)

27 yaşlı gəncin meyiti kanaldan tapıldı

Onun hansı şəraitdə Cağar-Cibil su kanalına düşməsi araşdırılır



Qusar rayonunun Bala Qusar kəndindən keçən Cağar-Cibil su kanalında kişi meyiti tapılıb. Qusar rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində mərhumun şəxsiyyəti müəyyənləşdirilib. Bu, rayonun Urva kənd sakini, 27 yaşlı Rəşad Balakişiyevdir.


O, adətən kanalın ətrafında heyvan otarmaqla məşğul olub. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar