Ucarda oğul atasını yandırdı
03 iyul 2010 14:00 (UTC +04:00)

Ucarda oğul atasını yandırdı

Evlərinə od vuran rayon sakini atasını öldürəndən sonra hadisə yerindən qaçıb

İyulun 2-də saat 17.00 radələrində Ucar rayonunun Qazqumlax kəndində, kənd sakini Elməddin Nəsirov ailə-məişət münaqişəsi zəminində ümumi sahəsi 250 kvm. olan yardımçı təsərrüfatını yandırıb.


Lent.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanmış, oradakı 2 baş inək tələf olub, yanğını söndürməyə cəhd göstərmiş Elməddinin atası Tofiq Nəsirov aldığı yanıq xəsarətindən ölüb.


Faktla əlaqədar cinayət işi başlanıb.


Ucar RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar