Şəkidə 14 yaşlı oğlanı 30 manata görə öldürüblər
Qətli 16 yaşlı məktəbli törədib
Mayın 31-də Şəki şəhərində ki istifadəsiz qalmış 4 mərtəbəli binanın otaqlarından birində, rayon sakini 14 yaşlı Sahib Lətifovun meyiti tapılmışdı.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumata görə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə aparılmış tədbirlər müsbət nəticələnib.
Müəyyən edilib ki, zərərçəkəni, üstündə olan 30 manat pulu ələ keçirmək məqsədilə onunla bir məktəbdə oxuyan 16 yaşlı Natiq İbrahimov öldürüb. Sübutlar qarşısında Natiq İbrahimov törətdiyi cinayəti etiraf edib.
Vüqar Baba

488