Nazir: “Sumqayıtdakı hadisənin qatilləri tapılmayıb”
Daxili İşlər naziri Ramil Usubov bu ilin fevralında Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə olan silahlı basqın barədə danışıb.
Lent.az-ın məlumatına görə, nazir jurnalistlərə müsahibəsində həmin işin araşdırıldığını söyləyib. Ramil Usubov bildirib ki, həmin tarixdən etibarən DİN və prokurorluq birlikdə araşdırmalarını davam etdirir. Lakin hələ ki, qətli törədənlər tapılmayıb.
Hadisə 20 fevralda Sumqayıt şəhəri, Birinci mikrorayonda baş verib. Valyutadəyişmə məntəqəsində işləyən İsmayıl Balayev və oğlu Vüqar Balayev səhər saatlarında işə gedərkən yolda silahlı hücuma məruz qalıb. V.Balayev güllələnmə nəticəsində ölüb, İ.Balayev isə yaralanıb. Balayevlər millət vəkili İqbal Ağazadənin qohumlarıdır.
Vüqar Baba

312