Qax rayonunda içki məclisi qanlı bitib
Məclisdə düşən mübahisə zəminində tüfənglə həmyerlisini qətlə yetirib
2010-cu il yanvarın 30-da Qax rayonunun Qaxingiloy kənd sakini Pərviz Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evin yaxınlığında tapılması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin törədilmə səbəbləri və hadisəni törədənin kimliyi müəyyən olub.
Bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumata görə, qətlin zərərçəkmişin həmkəndlisi Levani Dukaşvili tərəfindən törədildiyi müəyyən edilib.
Prosessual araşdırmalar göstərib ki, o, yanvarın 30-da Pərviz Məmmədov və qeyriləri ilə birgə yeyib-içdikdən sonra aralarında baş vermiş münaqişə zəminində sonuncunun sifətinə daşla xəsarət yetirib.
Sonra isə yaşadığı evin həyətində gizlətdiyi “TOZ-8” markalı tüfəngi götürüb hadisə yerinə qayıdıb və Pərviz Məmmədova atəş açıb onu qəsdən öldürüb.
2010-cu ilin yanvarında iş üzrə ibtidai istintaq tamamlanaraq məhkəmə baxışına təqdim edilib.
Vüqar Baba

400