Bakıda eyni üsulla 3 nəfəri öldürən şəxs tutulub
02 iyul 2010 14:00 (UTC +04:00)

Bakıda eyni üsulla 3 nəfəri öldürən şəxs tutulub

Qatil bu cinayətləri 3 il ərzində törədib


2010-cu il mayın 30-da paytaxtın Nəsimi rayonu ərazisindəki köhnə avtovağzalın həyətində üzərində çoxsaylı deşici-kəsici alətlə yetirilməyə xarakterik xəsarətlər olan Bakı şəhər sakini Famis İbrahimovun meyitinin aşkarlanması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri də uğurla nəticələnib.


Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu barədə birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumata görə, araşdırmalar göstərib ki, Cəlilabad rayon sakini Şirvan Mirzəyev təsadüfən tanış olduğu Famis İbrahimovla spirtli içki qəbul edərkən aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunu xuliqanlıq niyyəti ilə öldürüb.


Cinayətdə istifadə etdiyi bıçağı isə hadisə yerində olan su quyusuna atıb. Şirvan Mirzəyev istintaqa verdiyi ifadəsində törətdiyi əməli etiraf edib.


Şirvan Mirzəyevin həyat tərzi, şəxsiyyəti və cəmiyyətdəki davranışı onun başqa cinayətlər törətməsinə də kifayət qədər şübhələr yaratdığından prokurorluq və polis orqanlarının əlaqəli və peşəkarlıqla həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri ilə onun daha iki qəsdən adamöldürmə cinayəti törətməsi sübuta yetirilib.

Müəyyən edilib ki, Şirvan Mirzəyev Qaradağ rayonunda yerləşən daş karxanalarının ərazisində 2007-ci ilin iyununda Cəlilabad rayon sakini Xanoğlan Cəfərovu, 2008-ci ilin aprelində isə Füzuli sakini Oruc Nəcəfovu eyni üsulla qətlə yetirib.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar