“Odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb”
01 iyul 2010 18:00 (UTC +04:00)

“Odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb”

Ramil Usubov: “Əhalidən odlu silahların yığılması səviyyəsi yüksəlib”


Son illər Azərbaycanda odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb.


APA-nın xəbərinə görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan polisinin yaranmasının 92-ci ildönümünə həsr olunan mərasimdən sonra polis sıralarında xidmət edən idmançılar, veteran polis əməkdaşları ilə görüşündə bildirib. R.Usubov əhalidən odlu silahların yığılması səviyyəsinin də yüksəldiyini, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirildiyini deyib.


İdmançı, veteran polis əməkdaşlarına xidmətlərinə görə təşəkkür edən R. Usubov daha sonra məzunlar, onların valideynləri ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395

Oxşar yazılar