Türkiyədə saxta “azərbaycanlı gəlinlər” şəbəkəsi zərərsizləşdirilib
30 iyun 2010 16:30 (UTC +04:00)

Türkiyədə saxta “azərbaycanlı gəlinlər” şəbəkəsi zərərsizləşdirilib

Qadınlar yaşlı kişilərlə saxta nikaha girərək, onları soyurmuşlar


Bu gün Türkiyə polisi Bartın, Zonguldak, Karabük, Kastamonu və Bolu vilayətlərində eyni vaxtda keçirdiyi əməliyyat zamanı 23 nəfəri saxlayıb.


Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan 7 qadından 3-ü Azərbaycan vətəndaşıdır.

Yaşlı, yalnız olan kişilərin saxta “azərbaycanlı gəlinlər”in imam nikahı ilə “evlənməsi”ni təşkil edən şəbəkənin planı sadə olub. İmam nikahından bir neçə gün sonra gəlinlər ona alınan zinət əşyalarını və evdəki pulları da götürərək aradan çıxıblar. 3 azərbaycanlı qadının və digərlərinin evindən çoxlu sayda zinət əşyası və pul tapılıb.

Araşdırma davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar