Həbsdə olan Emin Milliyə atasının yasında iştirak etməyə icazə verilib
29 iyun 2010 11:00 (UTC +04:00)

Həbsdə olan Emin Milliyə atasının yasında iştirak etməyə icazə verilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdə olan blogçu Emin Milliyə (Abdullayev) atasının yas mərasimində iştirak etmək üçün icazə verib. Bu barədə APA-ya Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.


Onun sözlərinə görə, atası Paşa Abdulayevin vəfatı ilə bağlı məhkumun yaxınlarının Penitensiar Xidmətin rəhbərliyinə müraciətinə Cəzaların İcrası Məcəlləsi və Ədliyyə Nazirliyinin müvafiq təlimatı çərçivəsində cavab verilib. Emin Abdullayevə qanunvericilik çərçivəsində bu gündən etibarən 3 sutka ərzində qohumluq borcunu yerinə yetirmək üçün məzuniyyət veriləcək.

Qeyd edək ki, Emin Millinin atası Paşa Abdullayev iyunun 29-da 75 yaşında vəfat edib. O, Neftçala rayonunun Oryat kəndində dəfn olunub.

Xatırladaq ki, Emin Milli Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xələcdə yerləşən 5 saylı Cəzaçəkmə Müəssisində cəza çəkir. O, Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin ötən il 11 noyabr tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar