Prokurorluq işçiləri cəzalandırıldı
Prokurorluq orqanlarının bəzi vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.
Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun əmri ilə konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə Sumqayıt şəhər prokurorluğunun və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin bir sıra vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb olunub.
Həmçinin, prokurorluğun idarə rəisin müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib. Eyni zamanda, istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin gücləndirilməsi məqsədilə bütün tabe prokurorlara konkret tapşırıqlar verilib.
Vüqar Baba

614