Azərbaycanda “Canavar” ləqəbli cinayətkar ələ keçdi
Uzun illər istintaqdan yayınan Teymur Tahirov bir sıra ağır cinayətlər törədib
Bir sıra ağır cinayətlər törədərək uzun illər istintaqdan yayınmağı bacaran «Yusif», «Qoca», «Canavar» və «Namiq» ləqəblərindən istifadə edən Teymur Tahirov ələ keçib. Bu barədə MTN ictimai əlaqələr mərkəzi məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, 2005-ci ilin ortalarında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında bir sıra terrorçuluq aksiyaları təşkil etmək və təxribat-pozuculuq fəaliyyəti aparmaq niyyətində olan «Camaat əl-Muvahhidun» terrorçu təşkilatının üzvləri zərərsizləşdirilib. Terrorçuluq məqsədilə partlayıcı maddələr və onların komponentlərini əldə edən və digər hazırlıq işləri görən «Camaat əl-Muvahhidun» terrorçu təşkilatının rəhbəri İlkin İsmayılov və üzvlərinin hüquqa zidd əməlləri üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam və hərtərəfli ibtidai istintaq aparılaraq başa çatdırılıb, cinayət işi məhkəmə baxışı üçün təqdim olunub. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 aprel 2006-cı il tarixli hökmü ilə «Camaat əl-Muvahhidun» terrorçu təşkilatının üzvləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 9 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Həmin dövrdə istintaqla müəyyən edilib ki, hələ 2004-cü il may ayının sonlarında İlkin İsmayılov və radikal dini baxışları ilə seçilən həmfikirləri - istintaqa məlum olmayan Yusif adlı şəxs, Elçin Cəfərov, Rəşid Əliyev, Rauf Dostuyev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun təklifi ilə onun «kafir» hesab etdiyi dayısı Quliyev Nazir Sarı oğlunun evinə basqın edib şəxsi əmlakını ələ keçirmək barədə razılığa gəliblər. Onlar 2004-cü il iyunun 1-də Rauf Dostuyevin şəxsi «Mercedes» markalı avtomaşını ilə onun dayısının yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin yanına gəliblər, ev sahibinin işə getdiyinə əmin olduqdan sonra Rauf Dostuyev keşikdə dayanıb, İlkin İsmayılov, Elçin Cəfərov və Yusif adlı şəxs üzlərində maska, Rəşid Əliyev isə maska taxmadan evə soxulublar.
Onlar əllərində silah qismində istifadə etdikləri tapançaya oxşar predmet və bıçaqlarla ev sahibəsi Quliyeva Nuridə Ərşad qızına həyat və sağlamlığı üçün təhlükəli zorakılıq göstərib, qiymətli əşyaları və pulu verməyəcəyi təqdirdə öldürəcəkləri ilə hədələyiblər. Anasının xəsarətlər alaraq qan içində olduğunu görən 1993-cü il təvəllüdlü Seymur Quliyev onun öldürülməməsi üçün qiymətli əmlakın olduğu otağın açarını quldurlara verib. İlkin İsmayılov, Rəşid Əliyev və Yusif adlı şəxs həmin otaqdan ev sahibi Nazir Quliyevə məxsus 62 min ABŞ dolları məbləğində pulu götürüb hadisə yerindən qaçıblar. Əldə etdikləri məbləği sonradan öz aralarında bölüblər.
Qeyd olunan faktla bağlı Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda əmlak əldə etmə məqsədilə quldurluq) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2004-cü il tarixli hökmü ilə Rauf Dostuyev, Elçin Cəfərov, Rəşid Əliyev müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər, cinayətin iştirakçısı olan Yusif adlı şəxs barəsində isə cinayət işi ayrılaraq sonradan icraatı dayandırılıb.
2010-cu il aprelin 5-də Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs - Azərbaycan Respublikasının vətəndaşları Teymur Tahirov, Anar Abdullayev və Qədim Qədimov şübhəli şəxs qismində saxlanılıb, onlardan 1 ədəd «F-1», 2 ədəd «RQD-5» tipli əl qumbarası və onlar üçün nəzərdə tutulmuş 3 ədəd «UZRQM» tipli alışdırıcı aşkarlanıb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Tahirov, Anar Abdullayev və Qədim Qədimov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın sonrakı mərhələsində müəyyən edilib ki, 01 iyun 2004-cü il tarixdə Quliyev Nazir Sarı oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evinə quldurluq etməklə sonuncunun 62 min ABŞ dolları məbləğində pul vəsaitini talamış qrupun üzvü, şəxsiyyəti istintaqla araşdırılan «Yusif», «Qoca», «Canavar» və «Namiq» ləqəblərindən istifadə edən şəxs Teymur Tahirovdur. Bu cinayətin əksər iştirakçıları hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilsə də, yalnız Teymur Tahirov istintaqdan gizlənərək cinayət məsuliyyətindən yayına bilibr. Lakin aparılan səriştəli istintaq hərəkətləri nəticəsində cinayət təqibi onu da yaxalayıb və Teymur Tahirov ifşa olunaraq məsuliyyətə cəlb edilib.

953