Bakıda arvad ərini lomla qətlə yetirdi
23 iyun 2010 11:00 (UTC +04:00)

Bakıda arvad ərini lomla qətlə yetirdi

Hadisə ailə münaqişəsi zəminində baş verib


İyunun 23-də saat 04:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 16, mənzil 10-da yaşayan 50 yaşlı Rasim Səfərovu öldürən şəxs tapılıb. Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, onu həyat yoldaşı Xuraman Sadıqova qətlə yetirib.


Gecə saatlarında Rasim Səfərovun küt alətlə başına endirilən zərbədən ölməsi ilə əlaqədar rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları istintaq-əməliyyat tədbirləri həyata keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, Xuraman Sadıqova yaşadığı mənzildə ailə münasibətləri zəminində əri R. Səfərovu, yatmış vəziyyətdə baş nahiyəsinə dəmir lomla vurub kəllə sümüklərinin açıq qəlpəli sınıqları ilə nəticələnən xəsarətlər yetirərək onu qəsdən öldürüb.


X.Sadıqova qeyd edilən cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb və hazırda cinayət işi üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327

Oxşar yazılar