Gədəbəydə sel 73 yaşlı qadını apardı
22 iyun 2010 19:30 (UTC +04:00)

Gədəbəydə sel 73 yaşlı qadını apardı

Dolu və leysan xarakterli yağış yollara və əkin sahələrinə ziyan vurub

İyunun 21-də Gədəbəy rayonuna dolu və leysan xarakterli yağış yağıb. Rayonun icra hakimiyyətindən Lent.az-a verilən məlumata görə, sel bir nəfər qadını da aparıb.

Axşam saatlarına doğru başlayan dolu və daha sonra yağan güclü yağışın əmələ gətirdiyi sel 73 yaşlı rayon sakini Zinət İbrahimovanı aparıb. Hazırda qadının axtarışları davam etdirilir.

Yağıntı səbəbindən rayonun Gərgər, Ləşkər, Arıqıran, Əyrivəng kəndlərində nəqliyyat yolları zərər çəkib. Dağılan yollar avtomobillərin hərəkətində fasiləyə səbəb olmayıb.

Sel eyni zamanda əkin sahələrinə ziyan vurub. Rayonun əsas əkinçilik məhsulu olan kartof sahələri yuyulub.

Hazırda selin fəsadlarını aradan qaldırmaq üçün rayonda işlər aparılır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291

Oxşar yazılar