Şəhid əsgərimiz torpağa tapşırıldı
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun şəhid olan əsgəri Elgün Şükürov bu gün anadan olduğu Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.
APA-nın cənub bürosunun məlumatına görə, şəhid əsgər Muğan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Cəlilabad rayon İcra Hakimiyyəti aparatının, Hərbi Komissarlığın, hüquq-mühafizə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Elgün Rafiq oğlu Şükürov 2009-cu ilin yanvar ayında Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. O, iyunun 21-də saat 01.45 radələrində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18