Bakıdakı İsrail səfirliyini partlatmaq istəyənlərin apelyasiya şikayətləri təmin olunmadı
İyunun 12-də Bakı Apellyasiya Məhkəməsində “Əl-Qaidə”, “Hizbullah” təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi idarəsi ilə əməkdaşlıq edərək, Azərbaycanda bir sıra terror aktları törətməyə cəhddə ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilən Livan və Azərbaycan vətəndaşlarından ibarət dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində olan birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2009-ci il 5 oktyabr tarixli hökmü ilə Kərəki Əli Məhəmməd 15 il, Nəciməddin Əli Hüseyn 15 il , Məmmədov Cavad Məmmədrəsul oğlu 12 il, Rəsulov Vidadi Rahil oğlu 14 il, Amanov Müşfiq Əyyub oğlu 13 il, Balaşov Əfqan Yunus oğlu 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, məhkumlardan yalnız Azərbaycan vətəndaşları apellyasiya şikayəti veriblər. Livan vətəndaşları Kərəki Əli Məhəmməd və Nəcməddin Əli Hüseyn apellyasiya şikayəti verməyiblər.
İttihama görə, dəstə üzvləri ABŞ, İsrail və digər Qərb dövlətlərinin siyasətinə təsir göstərmək məqsədilə din uğrunda silahlı mübarizə aparmaq, yəni “cihad” etmək qərarına gəliblər. Onlar özlərində olan silah-sursatdan istifadə etməklə İsrailin Azərbaycandakı səfirliyinə müxtəlif istiqamətlərdən eyni vaxtda hücum etmək barədə plan hazırlayıblar. Bu məqsədlə Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzinin və İsrail səfirliyinin binası ilə üzbəüz binada mənzil kirayələnib. Lakin əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri yaxalanıb.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 28.214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməyə hazırlıq), 28.274.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

556