Sumqayıtda 58 yaşlı kişi özünü asıb
Heç yerdə işləməyən mərhumun ölümünün səbəbləri araşdırılır
10 iyun 2010-cu il tarixdə saat 10.00 radələrində Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi, 28 May küçəsi, ev 12-də yaşamış, 1952-ci il təvəllüdlü, heç yerdə işləməyən Ağamoğlanov Hacıbala Ağamoğlan oğlunun meyiti yaşadığı evin həyətindəki elektrik dirəyindən elektrik naqili ilə asılı vəziyyətdə aşkarlanıb.
Lent.az Baş Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, meyitin məhkəmə-tibbi müayinəsi təmin olunub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və H.Ağamoğlanovun ölümünün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
İş üzrə istintaq tədbirləri davam etdirilir.

347