Ukraynada azərbaycanlı özbək sevgilisini qətlə yetirib
09 iyun 2010 10:30 (UTC +04:00)

Ukraynada azərbaycanlı özbək sevgilisini qətlə yetirib

Sevastopolda Özbəkistan vətəndaşı olan qadının qətlinin üstü isti izlərlə açılıb.


APA-nın məlumatına görə, milisə xəbər verən təcili yardım briqadasının həkimləri 39 yaşlı Özbəkistan vətəndaşının meyitini aşkarladıqlarını bildiriblər.


Araşdırma zamanı qadının öz anasının evində yaşadığı, qeydiyyatda olduğu və Ukrayna vətəndaşlığına keçməyə hazırlaşdığı müəyyənləşib. Adı açıqlanmayan qadının Sevastopola işləmək üçün gələn və tikintidə işləyən azərbaycanlı ilə birlikdə yaşadığı bildirilir. Ürək xəstəliyindən əziyyət çəkən özbək qadının mütəmadi olaraq dərman qəbul etdiyi aydınlaşıb.


İlkin olaraq, qadının yüksək dozada dərman qəbul edərək dünyası dəyişdiyi güman olunub, onunla yaşayan azərbaycanlı da bu versiyanı irəli sürüb. Lakin məhkəmə tibb ekspertizası zamanı qadının boğularaq öldürüldüyü təsdiqlənib. İstintaq zamanı məlum olub ki, qətldən bir gün əvvəl özbək qadınla soydaşımız arasında münaqişə baş verib. Münaqişənin səbəbi qadının mütəmadi olaraq içki qəbul etməsi olub. Qadın içkili vəziyyətdə azərbaycanlını təhqir edib və soydaşımız onu boğaraq öldürüb.


Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar