Nəvə Xomeyniyə müxalif ayətullalar qahmar çıxıb
Babasının qəbriüstə onun sözünü kəsiblər
Hakimiyyət yenə də İranın keçmiş ali rəhbəri ayətulla Xomeyninin nəvəsinə qarşı təpkili davranıb. Onu İslam Respublikasının üç tanınmış din xadimi- ayətullalar - Yusif Sanei, Əbdülkərim Musəvi Ərdəbili və Əsədulla Bayat Zəncani müdafiə edib.
Xatırladaq ki, babasının vəfatının 21 –ci ildönümünə həsr edilmiş dövəlt tədbirində iştirakçılar onun çıxışına imkan verməyib. İranın «İRİNN» telekanalına istinadən Lent.az-ın məlumatında bildirilib ki, Həsən Xomeyni danışmaq istəyən zaman mitinqə toplaşanlar müxalifət əleyhinə «Musəviyə ölüm!», «Rədd olsun fitnəkar!» şüarlarını verib.
Ayətullaların ikisi - Yusif Sanei, Əbdülkərim Musəvi Ərdəbili nəvə Xomeyniyə zəng edərək, baş vermiş olaydan təəssüfləndiklərini bildiriblər. Yusif Sanei bu hadisənin planlaşdırıldığını, təşkilatçılarının isə yolunu azdıqlarını deyərək, əlavə edib : «Belələri ölkənin qarşısında duran çox saylı problemlərin həllində acizdirlər». Onun sözlərinə görə, bu olayı təşkil edənlər «uğursuzluqlarını bu yolla ört-öasdır edir, ictimai rəyi yayındırmağa səy göstərir».
Musəvi Ərdəbili nəvəyə zəng egərək, ona hörmətsizlik edildiyini söyləyib.
Ayətulla Əsədulla Bayat-Zəncani Həsən Xomeyniyə məktub yazaraq, bildirib ki, onun sözünü kəsənlər bir zamanlar ayətulla Xomeynidən intiqam almaq niyyətində olanlardır.
Hər üç din xadimi ötən il keçirilmiş prezident seçkisində keçmiş baş nazir Mirhüseyn Musəvinin namizədliyini dəstəkləyənlərdəndir.
Xatırladaq ki, Həsən Xomeyni də seçkinin rəsmi nəticələrinə etiraz edənlərin sıransında olub. O ,Mahmud Əhmədinijatın andiçmə mərasiminə qatılmamaq üçün xaricə səfər etmişdi. Onda yerli müşahidəçilər nəvə Xomeyninin bu addımı atmasına səbəb seçkinin nəticələrinə dinc etiraz aksiyalarında vətəndaşlara qarşı zorakılıqlardan narahat olması ilə əsaslandırırdılar.
Seyid Həsən Xomeyni islahatçılara, eləcə də prezidentliyə namizəd Mirhüseyn Musəviyə yaxınlığı ilə tanınır.
Yada salaq ki, ötən ilki parlament seçkisində ayətulla Xomeyninin nəvəsi Əli Əsgərinin qeydə alınmamsıdı. Onda İranda çıxan «Kargüzaran» qəzeti də bu məsələyə yer ayıraraq, yazmışdı ki, ayətulla Ruhulla Musəvi Xomeyninin nəvəsi, 39 yaşlı mühəndis Əli Əsgərinə də hakimiyyət parlament seçkisində iştirak etməyi yasaqlayıb. O zaman qeydə alınmamsının səbəbini ona açıqlanmamışdılar. Əsgəri müsahibəsində demişdi : «Qonşularımdan şəxsi həyatım, o cümlədən siqaret çəkməyim, saqqalımı qırxıb-qırxmamağı, namazımı qəzaya verib-verməməyim, oruc tutmağım kimi məsələlərlə maraqlanıblar».
Bunda bir müddət öncə Ayətulla Xomeyninin başqa bir nəvəsi, ayətulla Hüseyn Xomeyni «əl-Ərəbiyyə» televiziya kanalına müsahibəsində mövucud hakimiyyəti tənqid edərək, bunları söyləmişdi : «İndiki rejim ölkə həyatının bütün sahələrinə nəzarət edən bir qrup ruhanin diktaturasıdır». O, xarici qüvvələri hərbi müxadilə ilə bu iqtidarı devirməyə çağırıb.
«İran azad olmalıdır. Bunun daxildəkilərinin gücü , yaxud xarici hərbi müdaxilə ilə gerçəkləşməsi önəmli deyil. Əgər siz doğurdan da əzab çəkirsinizsə, o zaman zindanların divarlarını uçurmalısınız»-deyə, nəvə ayətulla Xomeyni müsahibəsində vurğulamışdı.
İslam Respublikasının liderinin nəvəsi Seyid Həsən Xomeyni və Zəhra İşraqi xarici ölkələrin mətbuatına müsahibələrində parlament seçkisinin gedişatını və prezident Mahmud Əhmədinijatın yürütdüyü siyasəti kəskin tənqid etmişdilər.
S.H.Xomeyni İtaliyada çıxan «Republika» qəzetinə müsahibəsində demişdi : «Hər bir iqilabın öüzünəməxsusluğu var. Məsələn, Fransa inqilabının hədəfi demokratiya, ABŞ-ınkının liberalizm, Rusiya iqqilabının amalı sosilazm, İran inqilabının amacı isə mənəviyyatı hakim etmək idi».
O, hərbiçilərin siyasətə və hakimiyyətin işlərinə müdaxiləsini pisləyərək, söyləmişdi: «Mən bir məsələni dəqiq deyə bilirəm ki, silah danışan yerdə, dialoq başa çatır». Xomeyninin nəvəsi Əhmədinijatın təmsil etdiyi xətt tərəfdarlarının «islahatçı» adlanan cərəyanın nümayəndələrinə basqılar barədə bunları bildirib : «Bəzi şəxslər sağlam rəqabəti qarşıdurma ilə əvəzləyiblər. Bu isə heç də hakimyyətin xeyirinə deyil».
Ayətulla Xomeyninin qız nəvəsi Zəhra İşraqi İtaliyada çıxan «Reformista» qəzetinə müsahibəsində İranın mövcud durumunu dəyərləndirərək, demişdi : «Bu gün ölkəmiz çox qaranlıq bir dövr yaşamaqdadır. Lakin bu dövrün uzun sürəcəyinə güman etmirəm. Hazırda 13-14 yaşı olan yeniyetmələr hazırkı təzyiqlərə dözməyəcəklər. Onlar çox yaxın bir vaxtda bu basqılara reaksiya verəcəklər».
«Əhmədinijat bir faciədər. Mən onun nə xarici, nə iqtisadi, nə də qadınlarla bağlı yürütdüyü siyasəti qəbul edə bilmirəm»-deyən, İşraqi İranın dünya tərəfindən boykot edilməsini, qonşu dövlətlərin daxili işlərinə qarışması ilə əlaqələdndirib. «Bu, dünya ictimaiyyətinin İrana etibar etməməsi deməkdir»-deyə, o,vurğulamışdı.
Sədrəddin Soltan

661