Bakı sakini ayaqlarını itirməmək üçün  başını kəsdi
08 iyun 2010 13:45 (UTC +04:00)

Bakı sakini ayaqlarını itirməmək üçün başını kəsdi

Bakıda intihara cəhd hadisəsi baş verib.



Bu barədə Lent.az-a Xətai Rayon Prokurorluğundan bildirilib. Rayonun Zığ yolu qəsəbəsi, ev 1B, mənzil 37-də yaşayan 58 yaşlı Şahin Əliyev bıçaqla boğazını kəsərək özünü öldürmək istəyib.


Uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkən Ş. Əliyevinin ayağında qanqren (çürümə) olduğundan həkimlər ayaqlarını amputasiya etmək istəyiblər. Ayaqlarının kəsilməsini istəməyən Ş.Əliyev canına qəsd etmək istəyib.


Dərhal xəstəxanaya yerləşdirilən Ş. Əliyevin həyatını xilas etmək mümkün olub. Hazırda xəstə müalicə olunur.


Faktla bağlı araşdırma aparılır.


Fərid Əkbərov, Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875

Oxşar yazılar