Bakıda bələdiyyə sədri həbs olundu
Balaxanı bələdiyyəsinin sədri həbs olunub. Lent.az-ın Baş Prokurorluğun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Balaxanı bələdiyyəsi tərəfindən torpaq sahələrinin qanunsuz satılması barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material üzrə kifayət qədər əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci, 311.2-ci və 313-cü maddələri ilə başlanılmış cinayət işinin istintaqı zamanı Cavanşir Aslan oğlu Məmmədov Balaxanı qəsəbəsi bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxdığı müəyyən olunub.
Qanunvericiliklə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirildiyi halda, o, qanunun tələblərini pozaraq, 2008-ci il yanvarın 23-dən 2009-cu il iyulun 10-dək olan müddətdə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul etməyə səlahiyyəti olmadığı halda, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan Balaxanı bələdiyyəsinin ərazisində yaşamayan və ya həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına, ümumilikdə 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair təkbaşına qərarlar qəbul edib. C.Məmmədov həmin torpaqların alqı-satqı yolu ilə vətəndaşların mülkiyyətinə verilməsini təşkil edərək Balaxanı bələdiyyəsinin qanunla qorunan mənafelərinə zərər vurub.
Bundan əlavə, o, yenə həmin vəzifədə işləyərkən mülkiyyətində olmasa da, faktiki istifadə etdiyi 850 kvadratmetr torpaq sahəsini satması və torpaq sahəsinə bələdiyyədən sənəd verilməsi üçün 2009-cu il oktyabrın sonunda ona müraciət edən Balaxanı qəsəbəsinin sakini Ədalət Əliyevdən həmin torpaq sahəsinə digər şəxsin adına köhnə tarixə, yəni 2005-ci il üçün sənəd verməsinə görə 3 min ABŞ dolları məbləğində rüşvət alıb.
Törətdiyi cinayət əməllərinə görə Cavanşir Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci, 311.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
Fərid Əkbərov

832