Baş mühasibi öldürərək yandıranlara hökm oxundu
“Modern-Hospital” klinikasının baş mühasibinin qatillərinə 15 il həbs cəzası verildi
İyunun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Modern-Hospital” klinikasının baş mühasibi Firamin Əsədovun öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Ceyhun Kərimov və Zahir Qasımovun hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il noyabrın 21-də Əzizbəyov rayonunun Türkan qəsəbəsinə gedən yolun kənarında yanmış vəziyyətdə “KİA SPORTAGE” markalı avtomaşın, avtomaşının yük yerində isə yanaraq kömürləşmiş meyitin aşkarlanıb.
Aparılmış istintaqla avtomaşının yük yerində olan mərhumun 1965-ci təvəllüdlü Əsədov Firamin İsa oğlu olduğu müəyyən edilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədənin qeyd edilən klinikada əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən 1980-ci il təvəllüdlü Kərimov Ceyhun Möhübbət oğlu olması müəyyənləşdirilib. C. Kərimov dindirilərkən cinayəti tamah məqsədilə törətdiyini tam etiraf edib. Belə ki, C. Kərimov dindirmə zamanı hadisəni törətdikdən sonra mərhumun cibində olan iş açarlarını və üstündəki 50 manat pulunu götürməsini və həmin gecə iş yerinə gələrək Firamin Əsədovun iş otağındakı seyfdən 22 min 800 manat götürdüyünü bildirib.
Əzizbəyov rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə iştirak etmiş digər şəxs – Binə qəsəbə sakini Zahir Qasımov da tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 181.3.2-ci (Quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.3.3-cü (. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 186. 2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya talama zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 177.3.2-ci (Oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

551