Bakı Şəhər Vergilər Departamentinin idarəsi yol qəzasında öldü
Onun xanımı və əmisi oğlu isə ağır yaralanıblar
İyunun 6-da saat 14.20-də Ağdaş rayonunda minik avtomobili ilə yük maşını toqquşub, bir nəfər ölüb.
Ağdaş Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini Azər Kosayevin idarə etdiyi “Wolksvagen-Touareg” markalı minik avtomobili ilə Ağdaş şəhər sakini Tahir Ağayevin idarə etdiyi “KamAZ-5511” markalı yük maşını toqquşub.
Nəticədə yaralı halda xəstəxanaya aparılan A.Kosayev yolda ölüb, sərnişinləri – arvadı Badi və qohumu Natiq xəstəxanaya yerləşdiriliblər.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Arzu Əliyev isə APA-nın yerli bürosuna bildirib ki, hadisədə ölən 1970-ci il təvəllüdlü Azər Kosayev Bakı Şəhər Vergilər Departamentinin Bəyannamələrin qəbulu və işlənməsi idarəsinin rəisi olub. Onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Bayramova Badi Vəli qızı və əmisi oğlu, 1968-ci il təvəllüdlü Kosayev Natiq Əlşad oğlu ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, mərhum Azər Kosayev ailə üzvləri ilə birgə Qazax rayonuna yas mərasiminə gedirmişlər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

699