Arvadını öldürüb 9-cu mərtəbədən yerə atan ərə 14 il həbs cəzası
İyunun 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını öldürməkdə təqsirləndirilən Sumqayıt şəhər sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən Rəşad Baxşəliyevə hökm oxunub. Hökmə əsasən, R. Baxşəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il fevralın 23-də Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yaşayan iki uşaq anası, 1983-cü il təvəllüdlü Gülnar Allahverdi qızı Baxşəliyeva özünü yaşadığı evin eyvanından atıb. O, yerindəcə keçinib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, G. Baxşəliyeva intihar etməyib. Onu əri R. Baxşəliyev döyərək öldürüb. Daha sonra 9-cu mərtəbədən yerə atıb.
Fərid Əkbərov

477