Ruhi xəstə həkimlərdən gizlənib, özünü tualetdə asdı - TƏFƏRRÜAT
Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserinə ruhi xəstənin özünü öldürməsinin təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, hadisə iyunun 4-də saat 04.30 radələrində baş verib.
Bakının Xətai rayon sakini, 56 yaşlı Təbrik Sərdar oğlu Harunov özünü mələfə ilə asaraq, intihar edib.
Hadisə vaxtı onun müalicə aldığı şöbədə iki nəfər tibb bacısı növbə çəkirmiş. Gecə yarısı xəstələrdən birinin ürəkkeçməsi olub. Növbətçi tibb bacıları həmin xəstənin yanına gediblər. Yaranmış fürsətdən istifadə edən 56 yaşlı Təbrik mələfəni gizlədərək (böyük ehtimalla, paltarının altında) tualetə keçib. Orada isə özünü asıb.
Tibb bacıları məsələdən xəbər tutan kimi dərhal hadisə yerinə qaçıblar. Onlar mələfədən asılmış Təbrikin ayaqlarının tərpəndiyini görüblər. O, təcili mələfədən açılaraq aşağı düşürülüb. Dərhal Təbrikə lazımi iynələr vurulub ki, o, özünə gəlsin. Lakin onu heç cür xilas etmək mümkün olmayıb.
56 yaşlı T.Harunovu Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə bir neçə il əvvəl öz həyat yoldaşı gətirib. İki uşaq atası olan bu şəxs anadangəlmə ruhi xəstə olmayıb. Onun sonradan başından aldığı travma nəticəsində psixi pozğunluğu yaranıb. Təbrik evdə spirtli içkilər içir, arvadıyla, qonşularıyla dalaşırmış. Bunlara dözməyən arvadı onu 1 saylı Ruhi Əsəb Dispanserinə aparıb.
Bir müddət sonra isə Təbriki evə gətiriblər, sonra yenidən həmin xəstəxanaya aparıblar. Bu minvalla, Təbrik bir neçə dəfə evə aparılsa da, qısa müddət sonra yenidən xəstəxanaya yatırılıb.
Hadisədən 15 gün əvvəl isə qardaşı Dispanserə gələrək, Təbriki evinə aparmaq istədiyini bildirib. Həkimlərin israrlarına baxmayaraq, qardaşı onu öz evinə aparıb. Lakin cəmi üç gündən sonra Təbrikin həyat yoldaşına xəbər göndərib ki, onunla bacarmaq olmur, dava eləyir.
Bunu öyrənən arvadı ərini öz evlərinə aparır. Lakin ərinin yenidən dava saldığını görüb, polis və “Təcili yardım”a zəng vurur. Təbriki “Təcili yardım” maşınında polisin müşayiətilə cəmi 6 gün bundan əvvəl 1 saylı Ruhi Əsəb Dispanserinə gətiriblər. İyunun 4-ü səhər saatlarında isə o özünü asıb...
Mərhumun meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
P.S. Təbrikin ailəsi də, qardaşı da maddi baxımdan imkansızdır...
Pərvin ABBASOV

646