Zakir Qaralov Çexiya şirkətini məhkəmədə uddu
04 iyun 2010 12:45 (UTC +04:00)

Zakir Qaralov Çexiya şirkətini məhkəmədə uddu

“Kojeni işi” ilə bağlı Bakıda məhkəmə prosesi keçirilib


Bakı Apelyasiya Məhkəməsində Çexiyanın “Harvard Sənaye Holdinqi” Səhmdar Cəmiyyətinin Azərbaycanın baş prokuroru Zakir Qaralova qarşı iddia üzrə apelyasiya şikayətinə baxılıb.



Məhkəmədən Lent.az-a verilən məlumatına görə, hakim İlqar Dadaşovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Səbail rayon məhkəməsinin 18 fevral 2010-cu il tarixli qərarı ilə məhkəmə Çexiya şirkətinin müraciətini qəbul etməyib, Z.Qaralovun xeyrinə qərar çıxarıb.


Qeyd edək ki, Səhmdar Cəmiyyət bir müddət əvvəl Zakir Qaralova müraciət edib. Ancaq baş prokuror müraciətlərə cavab verməyib. Şirkət baş prokurorun hərəkətsizliyi barədə iddia qaldırıb. Məhkəmə isə iddianı rədd edib.

“Harvard Sənaye Holdinq” Səhmdar Cəmiyyəti baş prokurora ünvanladığı müraciətdə cəmiyyətin keçmiş prezidenti Viktor Kojenni, onun şəriki Boris Vostri və digərlərinin törətdikləri əməllərin düzgün araşdırılması xahiş edilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56