ADNA qətliamının planı Moskvada qurulub
03 iyun 2010 13:30 (UTC +04:00)

ADNA qətliamının planı Moskvada qurulub

Məhkəmə prosesində təqsirləndirilən şəxslərlə zərərçəkənlər arasında qalmaqal yaranıb


İyunun 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə prosesdə təqsirləndirilən Nadir Əliyevin ifadəsi əsasında sorğu-sual davam etdirilib. Prokuror Abdulla Yusifov vəsatətlə çıxış edib. O, vəsatətində N.Əliyevin məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadələr arasında kəskin ziddiyyətlər yarandığından onun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib. Məhkəmə prokurorun vəsatətini təmin edib.


N.Əliyevin istintaqa verdiyi ifadələr elan olunub. Həmin ifadədə göstərilir ki, N.Əliyev 2009-cu il aprelin 21-də Fərda Qədirovla görüşüb. F.Qədirov N.Əliyevdən kəndçiləri Seyid Qasımın Bakıda yaşadığı ünvanı soruşub. N.Əliyev həmin ünvanı deyib. F.Qədirov, həmçinin N. Əliyevə Seyid Qasımı öldürmək istədiyini və onu öldürəndən sonra özünü də öldürəcəyini söyləyib. O, evində olan silah və güllələri N.Əliyevə göstərib. Bundan başqa F. Qədirov N. Əliyevə aprelin 30-da Neft Akademiyasının binasında görüşəcəklərini söyləyib. Həmin görüş zamanı F. Qədirov N. Əliyevi Ramin adlı şəxslə tanış edib. F. Qədirov N. Əliyevə Raminlə Moskvada plan qurduqlarını və həmin planı Neft Akademiyasının binasında həyata keçirəcəklərini söyləyib. N. Əliyev F. Qədirova həmin yerə getmək istəmədiyini, lakin F. Qədirov və Raminin ona zor tətbiq etməsindən sonra getdiyini bildirib. F. Qədirov akademiyanın binası qarşısında iki nəfəri vurandan sonra içəri girib. N. Əliyev isə bayırda polisin gəlməyini F. Qədirova xəbər verəcəkmiş. Lakin N. Əliyev qorxusundan həmin yeri tərk edib.


N. Əliyev bu ifadələrin hamısının yalan olduğunu söyləyib: ”Mən bu ifadələri işgəncələr altında vermişəm”.


Prokurorun “Bu işgəncələr barəsində istintaq vaxtı kiməsə yazılı şəkildə müraciət etmisənmi?” sualına N. Əliyev qorxusundan şikayət eləmədiyini bildirib: “Mənə deyirdilər ki, kiməsə şikayət eləsən, bundan da pis işgəncə verəcəyik”.


Hakimin “daxili işlər naziri və baş prokurorla görüşündə niyə işgəncələr barəsində müraciət eləməmisən?” sualına da N. Əliyev həmin cavabı verib.


Sonra N. Əliyevlə zərərçəkənlər arasında mübahisə düşüb. Zərərçəkənlər N. Əliyevdən düzgün ifadə verməyi tələb ediblər. N. Əliyev zərərçəkənlərə düzgün danışdığını söyləyib: “Mən günahsız yerə yatsam, sizə nə gələcək? Bunu bilin! Mən cəza çəkməyəcəm!”



Məhkəmədə fasilə elan olunub. Fasilə vaxtı zərərçəkənlə Cavidan Amirovun vəkili Hüseynxan Mustafayevlə dava düşüb. Zərərçəkən H. Mustafayevi təqsirləndirilən şəxsləri müdafiə etdiyinə görə qınayıb. Tərəflər məhkəmə nəzarətçiləri və konvoyu tərəfindən sakitləşdirilib.



Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.



Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.



Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19