Baş Prokurorluq Nərimanov rayonunda törədilən qətllə bağlı məlumat yaydı
Hasil Cəfərov könüllü təslim olub
İyunun 17-də saat 22 radələrində 1977-ci il təvəllüdlü Rəhimov Daşqın Tofiq oğlu, həmyerlisi və yaxın tanışı - 1978-ci il təvəllüdlü Cəfərov Hasil Salman oğlu ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 20 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən “Çıraq” kafesində və daha sonra kafenin qarşısına çıxıb küçədə şəxsi münasibətlər zəminində mübahisə ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daha sonra Hasil Cəfərov əlində olan kəsici-deşici alətlə Daşqın Rəhimovun döş qəfəsinə zərbə endirərək hadisə yerindən qaçıb.
Daşqın Rəhimov 1 saylı Təcili Tibbi Yardım Stansiyasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, şahidlər dindirilib. Cinayəti törətməkdə şübhəli bilinən Hasil Cəfərov növbəti gün saat 02:00 radələrində Nərimanov rayon Polis İdarəsinə gələrək könüllü təslim olub və cinayətdə istifadə etdiyi cib bıçağını təqdim edib.
Faktla bağlı iyunun 18-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

349