Müdafiə Nazirliyi: 7 əsgərin öldüyü barədə məlumat yalandır
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun
“Bizim Yol” qəzetinin 18 iyun tarixli sayında dərc olunmuş “Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb” başlıqlı yazı ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada qeyd olunur ki, belə bir hadisə baş verməyib.
“Lakin çox maraqlıdır ki, qəzet bu cür şayiəni yaymağı özünə rəva bilib. Necə mümkündür ki, bu miqyasda hadisə baş versin və Müdafiə Nazirliyi konkret münasibət bildirməsin. Biz bunu təxribat kimi qiymətləndiririk” – deyə açıqlamada bildirilir.
Yayılan açıqlamada qeyd olunur ki, qəzet bu “xəbəri” haradan götürüb, kim bu yalan informasiyanı onlara verib, bunu açıqlamalıdır: “Təkzib etməyimizə baxmayaraq, onlar öz bildiklərini ediblər. Bu cür dəqiqləşdirilməmiş yalan və təxribatçı fikirləri qəzet səhifələrinə çıxararkən onun məsuliyyətini də dərk etməlidirlər. 7 nəfər kimdir, onları kim öldürüb və bunu nə üçün edib, səbəbini göstərsinlər. Uydurma məlumatlarla Azərbaycan Ordusu haqqında mənfi fikirlər aşılamaq heç bir əndazəyə uyğun gəlmir və qəzetin manşetə çıxardığı əsassız açıqlamasına görə sadəcə təəssüf edirik”.

525