Daşkəsəndə sel yolları dağıtdı
17 iyun 2010 12:30 (UTC +04:00)

Daşkəsəndə sel yolları dağıtdı

Gəncə-Daşkəsən magistralı sel səbəbindən dağılıb

Daşkəsəndə aramsız yağan yağış rayonun yollarını dağıdıb. Rayonun İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, 16 iyun axşam saatlarından başlayan yağış 17 iyun səhər saatlarınadək davam edib.


Nəticədə rayonun avtomobil yollarını su yuyub. Gəncə-Daşkəsən magistralı da sel səbəbindən dağılıb. İcra Hakimiyyətindən bildirilib ki, görülən tədbirlərlə dəymiş ziyan qısa müddətdə aradan qaldırılıb və yollarda hərəkət demək olar ki, dayanmayıb.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar