Ağdamda 12 yaşlı oğlan quduzluqdan ölüb
Ağdamın Aşağı Baharlı kəndində 12 yaşlı məktəbli it dişləməsi nəticəsində səhhətində yaranan problemlərdən dünyasını dəyişib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Xəlilov Hətəm Hadi oğlunu saxladığı it mayın 15-də dişləyib. Yara cüzi olduğundan valideynləri buna əhəmiyyət verməyiblər. Ancaq bir neçə gündən sonra uşaq öskürməyə başlayıb. Dəfələrlə həkimə müraciət etmələrinə baxmayaraq, onun səhhəti gündən-günə pisləşib. Hətəm Xəlilovun qohumları APA-nın müxbirinə etiraf ediblər ki, uşağı it dişlədiyini həkimə deməyiblər.
Paytaxta aparılan xəstənin quduzluq xəstəliyinə yoluxduğu məlum olub. Vəziyyəti ağırlaşan məktəblini xilas etmək mümkün olmayıb. O, iyunun 12-də vəfat edib.
Ağdam Mərkəzi Rayon Xəstəxanasının kollektivi bundan sonra hadisənin qeydə alındığı yaşayış məntəqəsini nəzarətə götürüb.
Mərhumun qohumları APA-nın Qarabağ bürosuna bildiriblər ki, məktəblini dişləyən it həyətdən qaçıb.
Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna bildirilib ki, mərhum şagirdin quduzluq xəstəliyinə tutulduğu məlum olduğu andan onun qohumları, qonşuları və təmasda olduğu güman edilən hər kəsə quduzluq əleyhinə vaksin vurulub.

714