Həbs edilənlər arasında Azərbaycan vətəndaşlarının olması təsdiqləndi
02 iyun 2010 15:15 (UTC +04:00)

Həbs edilənlər arasında Azərbaycan vətəndaşlarının olması təsdiqləndi

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Fələstinin Qəzza zolağına humanitar yardım aparan gəmi karvanında 2 Azərbaycan vətəndaşının da olduğunu təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən səfir saxlanılan Azərbaycan vətəndaşlarının adlarını söyləməyib: “Onlar hazırda İsraildə gəmidədir”. Diplomat azərbaycanlıların saxlanma şəraitinin normal olduğunu deyib.

Azərbaycan vətəndaşlarının nə zaman geri qaytarılacaqları haqda sualı cavablandıran M. L. Lotem bildirib ki, bu, nəqliyyatla bağlı məslədir: “Bu məsələ təyyarə reysinin nə vaxt olacağından asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar