İsrail hərbçilərinin həbs etdiyi şəxslər arasında azərbaycanlılar da var
Fələstinin Qəzza zolağına 6 gəmidən ibarət “Azadlıq donanması” ilə humanitar yardım aparan və mayın 31-nə keçən gecə İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan şəxslər arasında Azərbaycan vətəndaşları da var.
APA-nın məlumatına görə, beynəlxalq xəbər agentlikləri saxlanılan 682 xarici ölkə vətəndaşından 2-si Azərbaycan vətəndaşıdır. Saxlanılanların 45-i könüllü deportasiyanı qəbul edib və iyunun 1-də ölkələrinə göndərilib. Digər şəxslər də 48 saat içində öz ölkələrinə yola salınacaqlar. Bu barədə qərar İsrailin hərbi-siyasi rəhbərliyinin birgə iclasında qəbul olunub.
Xatırladaq ki, İsrail tərəfindən dənizdən blokadaya alınmış Qəzzaya humanitar yardım aparan 6 gəmidə 40 ölkənin fəalları olub. İsrail Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda keçirdiyi hərbi əməliyyat nəticəsində 9 nəfər öldürülüb, onlarla adam yaralanıb. Ölənlərdən 4-ü Türkiyə vətəndaşıdır.

Oxşar yazılar

Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var
27 avqust 2025 , 05:29
Xəzərdə güclü zəlzələ oldu
27 avqust 2025 , 00:54
Kürdəmirdə ağır qəza - 1 ölü, 1 yaralı var
26 avqust 2025 , 21:19
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
26 avqust 2025 , 20:53
Cəlilabadda 5 maşın toqquşdu: yaralılar var
26 avqust 2025 , 19:50
İmamoğlunun vəkili də saxlanıldı
26 avqust 2025 , 18:25
Bakıda uşaq süni göldə batdı
26 avqust 2025 , 17:54