Bakıda şadlıq sarayı qarət edildi
01 iyun 2010 17:00 (UTC +04:00)

Bakıda şadlıq sarayı qarət edildi

Mayın 31-də Bakının Nizami rayonunda şadlıq evindən seyf oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı sakini Natiq Meşimova məxsus şadlıq evindən oğurlanan seyfin içində 10 min rubl, müxtəlif spirtli içkilər və şəxsi sənədlər olub.


Aparılan axtarış tədbirləri nəticəsində hadisəni törətmiş 4 nəfər tutulub. Bunlar Famil Abbasov, Təbriz Rüstəmov, Ramil Məmmədzadə, Namiq Abbasov olub.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar