Bakıda 17 yaşlı oğlanı qətlə yetirdilər
31 may 2010 12:00 (UTC +04:00)

Bakıda 17 yaşlı oğlanı qətlə yetirdilər

Mərhumun meyiti köhnə avtovağzalın həyətindən tapılıb


Bakıda qətl hadisəsi baş verib. Bu barədə Lent.az-a Nəsimi Rayon Prokurorluğundan bildirilib.


Rayonun Alı Mustafayev küçəsində yerləşən köhnə avtovağzalın həyətində üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində öldürülən Binəqədi rayon sakini, 1993-cü il təvəllüdlü İbrahimov Fariz Nəriman oğlu olduğu məlum olub. Mərhumun bədənində çoxsaylı kəsici-deşici alətlərlə yetirilmiş xəsarət olduğu müəyyənləşib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar