Sumqayıtda məsciddən 340 ədəd qadağan olunmuş dini kitablar tapılıb
Ceyranbatan qəsəbəsində yerləşən məsciddən qadağan olunmuş dini materiallar aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 28-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qəsəbə ərazisindəki məscidin həyətində, qəsəbə sakini Vasif Nəbiyevdən 340 ədəd təbliği və yayılması qadağan olunmuş dini kitablar və 4 ədəd DVD disklər aşkar edərək götürüblər.
V.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək şəhər məhkəməsinə göndərilib.
Fərid Əkbərov
V.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək şəhər məhkəməsinə göndərilib.
Fərid Əkbərov
405