ADNA-dakı qətliamla bağlı məhkəmədə prokurorla şahid dalaşdı
Mayın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri davam etdirilib. Təqsirləndirilən Ariz Qabulovun qardaşı Arif Qabulov şahid qismində verdiyi ifadəsində 2009-cu il martın 14-də qardaşı A. Qabulovla Fərda Qədirovun onun evinə gəldiyini söyləyib: “Martın 14-də evdə idim. Arizlə bir oğlan gəldi. Arizdən onunla gələnin kim olduğunu soruşdum. Ariz onun Daştəpəli olduğunu, Bakıda kirayə ev axtardığını bildirdi. Mən ondan Bakıda nə işlə məşğul olacağını və kirayə haqqını necə ödəyəcəyini soruşdum. Fərda mənə Neft Şirkətinə işə düzələcəyini bildirdi. Sonra cibindən 300 dollar pul çıxarıb mənə verdi. Bu birinci ayın kirayə haqqı idi. Mən evi ona kirayə verib, getdim. Daha sonra onu görmədim. Sonra bu hadisəni eşitdim”.
Daha sonra prosesdə şahid Gürcüstan vətəndaşı, Marneuli rayonu, Şulaver kənd sakini Azərbaycanda oğurluğa görə həbsdə olan Əsgərov Ceyhun Yaqub oğlunun ifadəsi dinlənilib. C.Əsgərov ifadəsində təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını söyləyib. O, cinayət işinin materiallarında adı Neft Akademiyasındakı qətliamın sifarişçisi kimi hallanan Mardun Qumaşyanı tanıdığını bildirib. Kənddə usta işlədiyini söyləyən C.Əsgərov M.Qumaşyanın çörək sexində təmir işi apardığını söyləyib: “Mardun bizim kəndçidir. Mən onun çörək sobasını düzəltmişəm. Mardunun oğlu Artur və Aleki də tanıyıram. Anam da həmin kənddə qalır. Alekin telefonu ilə anamla tez-tez danışırdım”.
Onun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında kəskin ziddiyyətlər yaranıb. Hakim R.Allahverdiyeva şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Belə ki, C.Əsgərov ibtidai istintaqa ifadəsində təqsirləndirilən şəxslərdən Cavidan Amirov və Nadir Əliyevi tanıdığını söyləyib. Həmin ifadədə göstərilir ki, C.Əsgərov N. Əliyevlə C. Amirovu M. Qumaşyanın yanında görüb. İfadədə o da göstərilir ki, N.Əliyev, C. Amirov və M. Qumaşyan arasında nəsə gizli söhbətlər olub.
Lakin C.Əsgərov istintaqa belə ifadə vermədiyini söyləyib.
Bundan sonra prokuror Abdulla Yusifovla şahid arasında mübahisə yaranıb. Prokuror C.Əsgərovun Bakıda olarkən Mardun Qumaşyanla telefonla danışdığını söyləyib. Həmin danışığın məzmununda C.Əsgərovun Azərbaycan xalqını faşist adlandırdığını söyləyən prokuror şahiddən bunu nə ilə izah edəcəyini soruşub. C.Əsgərov M.Qumaşyanla danışdığını inkar etməyib. O bildirib ki, Marduna anası ilə danışmaq üçün zəng edib: “Mən Azərbaycan xalqını faşist adlandırmamışam. Biz tərəflərdə faşist varlı adamlara deyilir. Həmin vaxt mən Bakıda varlı adamların yanında fəhlə işləyirdim. Marduna da onu demişəm. Jarqon kimi faşist sözünü işlətmişəm”.
Prokuror şahidin yalan danışdığını söyləyib: “Sənin də bu işdə əlin var”.
Proses mayın 27-də davam etdiriləcək.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

442