Mayın ikinci ongünlüyündə Kürün səviyyəsi düşüb
25 may 2010 13:00 (UTC +04:00)

Mayın ikinci ongünlüyündə Kürün səviyyəsi düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mayın II ongünlüyündə apardığı monitorinqin nəticələrini açıqlayıb.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ayın II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən saniyədə 133 kubmetr azalaraq 782 kubmetrə düşüb. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır.


Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 684 kubmetr olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar