“Kapital Bank”ın əməkdaşlarına hökm oxundu
Martın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Şəmkir rayon filialının baş mühasibi Şahin Əliyev 10 il, filialının əməkdaşları - Rasim Nağıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Nisə Bayramovaya 3 il şərti cəza verilib. Mənzər Paşayeva və Arif Hümbətovun hər biri məhkəmənin hökmü ilə 1000 manat məbləğində cərimələniblər.
İttihama görə, Ş. Əliyev “Kapital Bank” ASC-nin Şəmkir filialının baş mühasibi vəzifəsində çalışarkən adıçəkilən şəxslərlə əlbir olaraq 2007-ci il sentyabrından 2009-cu il aprelinədək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə ediblər. Belə ki, filialda fəaliyyətdə olan “Wester Union”, “Privatmoney”, “Miqom”, “Kontakt” və “Blizko” sürətli pul köçürmələri sistemləri adı ilə müxtəlif şəxslərin adlarına kassa məxaric orderləri yazıb imzalayaraq bankın xəzinəsindən banka məxsus 417 550 ABŞ dolları məbləğində vəsaiti mənimsəyiblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

558