Ötən il 25 azərbaycanlı casus məsuliyyətə cəlb edilib
2009-cu ildə Azərbaycanda xarici xüsusi xidmət orqanlarının tapşırıqları əsasında ölkədə kəşfiyyatçılıq edən 16 hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə Dövlət Təhlükəsizliyi üzrə təqdim etdiyi hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, Azərbaycan Respublikasına, o cümlədən onun Silahlı Qüvvələrinə qarşı xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-təxribat və digər pozuculuq fəaliyyətinə qarşı ciddi mübarizə aparılıb. Həyata keçirilən təbdirlər nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 16 hərbi qulluqçu (o cümlədən 2008-ci ildə saxlanılmış 5 hərbi qulluqçu) və 9 mülki şəxs barəsində Cinayət Məcəlləsinin dövlətə xəyanət, casusluq və terrorçuluq maddələri ilə cinayət işləri başlanıb. Həmin hərbi qulluqçulardan 11-i və 6 mülki şəxs barəsində məhkəmənin hökmü ilə sadalanan maddələrlə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzaları tətbiq edilib. 4 hərbi qulluqçu və 2 mülki şəxs barəsində isə dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işinin istintaqı hazırda davam etdirilir.
Bununla belə, hərbi xidmətdə olarkən törədilmiş müxtəlif cinayətlərə görə 17 hərbi qulluqçu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, 5 hərbi qulluqçu barəsində məhkəmə mühakiməsi, 8 hərbi qulluqçu barəsində isə istintaq hərəkətləri davam etdirilir.

333