Bakıda dünya çempionunun məhkəməsi başa çatdı
15 fevral 2010 17:30 (UTC +04:00)

Bakıda dünya çempionunun məhkəməsi başa çatdı

0
O, məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə universal döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Cavid Ağalarovun cinayəti işi üzrə məhkəmə prosesi yekunlaşıb.


APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələr üzərindən götürülüb, təqsirləndirilənlər 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilənlərə şərti cəza verilib və hər iki şəxs məhkəmə zalından sərbəst buraxılıb.


İttihama görə, 2008-ci ilin avqustunda Xaçmaz rayonu Nabran qəsəbəsində fəaliyyət göstərən disko-barlardan birində istirahət edən S. Dünyamalıyev və C.Ağalarovun tanımadıqları 6 nəfər yerli sakinlə davaları düşüb. Nəticədə həmin şəxslərdən birinə bıçaq zərbəsi ilə xəsarət yetirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.

Xatırladaq ki, “İnter” Peşəkar İdman Klubunun üzvü olan Sənan Dünyamalıyev 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar