Baş Prokurorluq: Bakıda xəstəxanada korrupsiya faktları aşkarlanıb
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəstəxana cari ilin yanvar ayından əsaslı təmirə bağlanmasına baxmayaraq, faktiki olaraq, fəaliyyət göstərməyən stasionar şöbələrin 6 işçisinə qanunsuz olaraq 1873 manat məbləğində büdcə vəsaiti ödənilib.
Bundan başqa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları”nda müxtəlif adda qida məhsullarının verilməsi nəzərdə tutulmadığı halda həmin normaların tələblərinə əməl edilməyərək 6 min 632 manat dəyərində normadan artıq ərzaq məhsulları məxaric edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar yazılar

Azərbaycanda "A-frame" evlər tikən biznesmen həbs olundu
28 avqust 2025 , 14:38
Sabirabadda AĞIR QƏZA: baba və nəvə öldü, 4 yaralı - YENİLƏNİB
28 avqust 2025 , 14:14Rusiya azərbaycanlı qadını casus damğası ilə HƏBS ETDİ - VİDEO
28 avqust 2025 , 13:38
Azərbaycana bit-birəli oduncaq göndərən iş adamı cərimələndi
28 avqust 2025 , 11:42
Gəncədə 2 nəfər bıçaqlandı
28 avqust 2025 , 11:27
Sabah daha 3 itkin-şəhid dəfn olunacaq
28 avqust 2025 , 10:37
Naxçıvan hava limanında 10 minlik OĞURLUQ: saxlanılanlar var
28 avqust 2025 , 10:30