Azərbaycanlı yazıçının şok qiyamət ssenarisi tapıldı: Anunnakilər gələcək!
Dekabrın 21-də dünyanın dağılacağı barədə saysız iddiaların səsləndiyi bu günlərdə daha bir heyrətamiz fakt ortaya çıxıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hələ 36 il əvvəl - 1976-ci ildə Azərbaycan əsilli Amerika yazıçısı Zexara Sitçinin “12-ci planet” adlı kitabında dünyanın sonu ilə bağlı mifik təsəvvürlərə əsaslanan mülahizə yer alıb.
Bakıda doğulmuş şumeroloq-yazıçı kitabında yazıb ki, insanlar Günəşin ətrafındakı dövrünü 3600 ildən bir tamamlayan Nibiru planetində yaşayan Anunnakilərə qul olaraq yaradılıb. Əsərdə qeyd edilir ki, yadplanetlilərlə Yer sakinləri arasında münasibətlər min illər əvvəllər də olub. Həmin vaxt yadplanetlilərlə Yer sakinləri qaynayıb-qarışıblar. Onlar Yerdəki qadınlarla cinsi münasibətdə də olurmuş. Lakin baş verən fəlakətdən sonra onlar Yeri tərk etməyə və Nibiruda məskunlaşmağa məcbur olublar. Burada fəlakət nəticəsində qədim Yer sakinlərinin məhv olması, sonradan onların əvəzinə yeni insanların yaranması və ya yadplanetlilərin Yer kürəsinə öz “qullar”ını –insanları yerləşdirməsi fərziyyəsi irəli sürülür.
Azərbaycanlı alim kitabında qeyd edir ki, növbəti görüş, yəni anunnakilərlə Yer sakinlərinin qarşılaşması məhz 2012-ci ilin dekabr ayının 21-də baş tutacaq. Lakin həmin günün dünyanın sonu olmasını iddia etmək o qədər də asan deyil.
Yazıçı, şumeroloq-alim və astrofizik Zexara Sitçin (Zechaira Sitchin) 1920-ci il iyunun 11-də Bakıda anadan olub. Onun müəllifi olduğu “Dünya tarixçəsi” adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-da vəfat edib.
Onu da qeyd edək ki, ətraflı məlumatı alimin şəxsi saytından da əldə etmək mümkündür. Saytda azərbaycanlı alimin çoxsaylı kitabları, araşdırmaları və s. yerləşdirilib.
Nizam RZA

5339