Ermənilər dörd istiqamətdən atəşkəsi pozdular
0
0
Erməni silahlı bölmələri bu gecə bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu Ermənistanın Berd rayonunun Çinarlı, İcevan rayonunun Berkaber kəndlərində, Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəvahirli, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Düşmən cavab atəşi ilə susdurulub.
0
0