«Neftçilər»də yük maşını alovlanıb
05 dekabr 2012 23:03 (UTC +04:00)

«Neftçilər»də yük maşını alovlanıb

0
Bu gün saat 22 radələrində «Neftçilər» prospektinin Səbail rayonu Bayıl qəsəbəsindən keçən hissəsində «Zil» markalı su daşıyan maşında yanğın baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın hadisəsi əvvəlcə maşının motorxanasında başlayıb qısa bir zamanda avtomobilin kabinasını da bürüyüb. Yaxınlıqda yerləşən FHN dövlət yanğından mühafizə xidmətinin Səbail rayonu yanğından mühafizə şöbəsinin əməkdaşları hadisə yerinə gəlib.

Yanğının söndürülməsinə iki briqada cəlb olunub. 22.25 dəqiqədə avtomobildə yaranmış yanğın tamamilə söndürülüb. Hadisə yerinə rayon PPX və DYP əməkdaşları da gəlib. Prospektdə avtomobillərin hərəkətinin məhdudlaşmasının qarşısı alınıb.

Hazırda Dövlət yanğından mühafizə idarəsinin və Dövlət Yol Polisinin əməkdaşları hadisənin baş vermə səbəbini araşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1099

Oxşar yazılar