Bakıda tank əleyhinə qumbara tapıldı
04 dekabr 2012 16:31 (UTC +04:00)

Bakıda tank əleyhinə qumbara tapıldı

0
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Nərimanov rayonunda döyüş sursatının aşkarlanması ilə bağlı məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq qurumların mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bu, avtomat silahına aid 1 ədəd daraq (21 ədəd 7x62mm gülləsi) və istifadəyə yararlı olan tank əleyhinə 1 ədəd RKQ-3 markalı əl qumbarasıdır.

Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1268

Oxşar yazılar