“Traktor” tərəfdarlarının etiraz aksiyasında yaralananlar, həbs edilənlər var
04 dekabr 2012 07:09 (UTC +04:00)

“Traktor” tərəfdarlarının etiraz aksiyasında yaralananlar, həbs edilənlər var

Təbrizin “Traktor” futbol komandasının tərəfdarları dekabrın 3-də Tehranın “Azadlıq” stadionunda keçirilən yerli, farsların öyündüyü “Perspolis”lə “Traktor”un görüşündə etiraz aksiyası keçiriblər.

APA-nın məlumatına görə, «traktor»sevərlər oyunun 20-ci dəqiqəsində köynəklərini soyunmaqla Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən zərərçəkənlərə dövlətin laqeyd münasibətinə etiraz ediblər. Aksiyaya müdaxilə edən polislə azarkeşlər arasında qarşıdurma baş verib. Təbrizdən APA-ya daxil olan məlumata görə, “Traktor” azarkeşlərindən həbs edilənlər və yaralananlar da var. Ancaq hələlik onların sayı və kimliyi haqqında məlumat yoxdur.

20 min azarkeşin izlədiyi oyunda “Traktor” komandası “Perspolis”i 1:0 hesabla məğlub edib.

Xatırladaq ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub. Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə yenidən zəlzələ baş verib. Noyabrın 16-da isə 10 nəfərin xəsarət alması ilə nəticələnmiş 4,9 bal gücündə növbəti zəlzələ olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2021

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25